Bərk cisim elektronikasında istifadə edilən məmulatlar
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır.
Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər.
== Bərk cismlərin texniki xassələri ==
Bərklik
Kütlə
Plastiklik
Əyilmə möhkəmliyi
Sınma möhkəmliyi
== Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar ==
Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər.
=== Materialların təsnifatı ===
Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür:
əsas (və ya konstruktiv)
köməkçi (və ya texnoloji)
=== Əsas material ===
Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar
yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.;
legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri;
elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün);
izolyasiya materialları – şüşə keramika, üzvi laklar;
mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad;
antikorrozion örtüklər – xrom, nikel
=== Materialların sərfiyyat norması ===
Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur.
Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.